top of page
smile boutique stomatoloji diş klinikası (2).png

Klinikamızda stomatologiyanın bütün sahələri üzrə peşəkar xidmət göstərilir

Haqqımızda

Smile Boutique stomatoloji klinikası, müasir stomatologiyanın ən son nailiyyətlərini və estetik mükəmməlliyi bir araya gətirərək fəaliyyətə başlamışdır. Yarandığı ilk gündən etibarən əsas məqsədimiz pasiyentlərimizə dünya standartlarına cavab verən premium xidmət keyfiyyəti və ağrısız müalicə təcrübəsi təqdim etməkdir.

Klinikanın təsisçisi və baş həkimi 20 illik təcrübəyə malik tanınmış stomatoloq-ortodont Dr. Səidə Əliyevadır. Dr. Səidə Əliyeva, ortodontiya sahəsində dünyanın ən nüfuzlu təhsil proqramlarından biri hesab olunan Pitts Master Programı-nı Amerikada uğurla tamamlamışdır.

stomatoloji klinika (Facebook Kapak Fotoğrafı) (2).png

Həkimlərimizlə tanış olun

Klinikanın təsisçisi və baş həkimi 20 illik təcrübəyə malik tanınmış stomatoloq-ortodont Dr. Səidə Əliyevadır

stomatoloji klinikaed (10)_edited.png
stomatoloji klinika (13).png

Dr. Qədir Rüstəmov

Dr. Qədir Rüstəmov 2002–2007-ci illərdə Azərbaycan Tibb Universitetini bitirmişdir. Azərbaycan və Avropa Parodontologiya Cəmiyyətinin üzvüdür.
2015-ci ildə İsrailin Tel-Əviv şəhərində implantologiya üzrə təkmilləşmə kursu keçmiş, müxtəlif ölkələrində implant cərrahiyyəsi və ortopedik stomatologiya sahəsində biliklərini artırmışdır.
İmplant cərrahiyyəsi, parodontologiya və funksional estetik stomatologiya üzrə ixtisaslaşmışdır. 20 illik təcrübəyə malikdir.

Dr. Sevda Allahverdiyeva

stomatoloji klinika (11).png

16 illik klinik təcrübəyə malik Dr. Sevda Allahverdiyeva Azərbaycan Tibb Universitetinin məzunudur. Uşaqlarda profilaktik və müalicəvi stomatologiya, erkən ortodontik yanaşmalar və estetik bərpa sahələrində fəaliyyət göstərir.

Peşəkar fəaliyyəti ərzində klinik ortodontiya, erkən ortodontik müalicə, mikroimplant dəstəkli ortodontik yanaşmalar (MIAO), BioQuick self-ligating breket sistemləri, estetik diş bərpası, peşəkar diş ağartma və stomatoloji radiodiaqnostika üzrə çoxsaylı beynəlxalq kurs və təlimlərdə iştirak etmişdir.

Müasir stomatologiyanın yeniliklərini daim izləyən Dr. Sevda Allahverdiyeva hər bir uşağa fərdi yanaşma göstərərək rahat və təhlükəsiz müalicə mühiti yaratmağa önəm verir.

Dr. Emin Qaralı

stomatoloji klinika (12).png

Dr. Emin Qaralı 2022-ci ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirmiş və terapevtik stomatologiya üzrə rezidentura təhsili almışdır.

2020-ci ildən etibarən mikroskop altında stomatoloji müalicələr aparır və biomimetik stomatologiyanın müasir prinsiplərini tətbiq edir.

Terapevtik və ortopedik stomatologiya üzrə çoxsaylı yerli və beynəlxalq kurslarda iştirak etmiş, həmçinin implantologiya sahəsində əlavə təlimlər keçmişdir.

bottom of page