Xidmətlər
Ortodontiya
Klinikamızda ən mürəkkəb diş-çənə problemləri ən müasir metodlarla müalicə olunur. Ortodontik müalicə sadəcə dişlərin düzgün düzülməsi deyil, dişləmin, üz simmetriyasının və çənə funksiyasının bərpasıdır. Smile Boutique-da biz müasir texnologiyaların köməyi ilə hər kəs üçün ideal gülüş dizayn edirik.
· Hər yaşda ortodontiya: Diş əyriliklərinin korreksiyası üçün yaş məhdudiyyəti yoxdur. İstər klassik metal breketlər, istərsə də müasir elaynerlərlə hər yaşda ideal nəticə əldə edirik.
· Uşaqlarda erkən ortodontiya: Uşaqlarda çənə inkişafını doğru istiqamətləndirmək gələcəkdə daha mürəkkəb əməliyyatların qarşısını alır. Delyar maskası, Twin block aparatı, həmçinin bütün müasir və effektiv metodlarla ilə çənə genişləndirilməsi.
Biz uşaqlar üçün müalicə prosesini qorxusuz və maraqlı bir təcrübəyə çeviririk.
İmplantologiya
İmplantologiya sahəsində tətbiq etdiyimiz müasir metodlar sayəsində itirilmiş dişlərinizin həm funksional, həm də estetik bərpasını təmin edirik. Yüksək keyfiyyətli materiallar və rəqəmsal planlama ilə hər bir pasiyentə fərdi yanaşaraq, təbii görünüşlü və uzunömürlü nəticələr əldə edirik
Müasir implantologiya: Bir seansda yeni dişlər
Smile Boutique-a diş itkisi ilə müraciət edən pasiyentlər aylarla implant taxılmasını gözləmirlər.
· Eyni seansda 3 prosedur: Klinikamızda müasir cərrahi yanaşma sayəsində zədəli dişin çıxarılması, implantın yerləşdirilməsi və müvəqqəti qapağın qoyulması cəmi bir seansda aparılır.
· Keyfiyyətli implant sistemləri: Biz yalnız dünyada özünü doğrultmuş implant markalarından istifadə edirik.
· Zəmanətli keyfiyyət: İstifadə etdiyimiz materialların orijinallığına və tətbiq olunan cərrahi işin keyfiyyətinə tam zəmanət veririk. Pasiyentlərimiz uzun illər boyu öz təbii dişləri kimi rahat hiss edəcəkləri nəticəni əldə edirlər.
Vinirlər
Gülüşünüzü dəqiq, zərif və nəticəsi öncədən proqnozlaşdırıla bilən şəkildə dəyişməyə imkan verir. Smile Boutique-da biz müasir estetik həllərdən, o cümlədən litium-disilikat (E-max) və zirkon vinirlərdən istifadə edirik.
· E-max dişə təbii şəffaflıq, rəng dərinliyi və "canlı" diş effekti verən yeni nəsil materialdır. Bu material, bir çox hallarda dişin minimal dərəcədə yonulmasına və diş toxumalarının maksimum səviyyədə qorunmasına şərait yaradır.
· Zirkon vinirlər estetika ilə nəticənin sabitliyini özündə birləşdirən, zamanın sınağından keçmiş bir həlldir.
Qapaqlar (Koronkalar) və keramik inleylər
Klinikamızda dünyada istifadə olunan bütün müasir qapaq növlərini tətbiq olunur: keramik (E-max), zirkon, metal-keramik, həmçinin implant üstü qapaqlar və müvəqqəti konstruksiyalar. Seçim dişin yerləşdiyi zonadan, zədələnmə dərəcəsindən və pasiyentin estetik gözləntilərinizdən asılıdır. Nəticədə dişlər tamamilə təbii görünüşə malik olub, gündəlik çeynəmə yükünə davamlı olurlar.
Dişi qapaq qoymadan xilas etmək mümkün olduqda keramik inleylərdən (inlay, onlay, overlay) istifadə olunur. Bu, plomba ilə müqayisədə daha dəqiq və uzunömürlü həlldir: inley fərdi şəkildə hazırlanır, diş toxumalarına sıx bitişir, onun formasını və möhkəmliyini tam bərpa edir. Biz elə bir həll yolu seçirik ki, diş toxumaları maksimum dərəcədə qorunsun, eyni zamanda etibarlı və estetik nəticə uzun illər boyu təmin olunsun.
Klinik vəziyyətdən, gözləntilərinizdən və büdcənizdən asılı olaraq biz sizin üçün ən optimal variantı seçirik. Hər bir halda nəticə təbii və harmonik görünərək uzun illər boyu öz keyfiyyətini qoruyur
Zoom Flash ilə peşəkar diş ağardılması
Zoom Flash ilə peşəkar diş ağardılması bir prosedurla dişlərinizi bir neçə ton ağartmağın müasir, təhlükəsiz və maksimum effektiv yoludur. Zoom Flash sistemi innovativ "soyuq ağartma" texnologiyasıdır. Köhnə metodlardan fərqli olaraq, burada xüsusi gel və müəyyən dalğa uzunluğuna malik LED lampadan istifadə olunur. Bu, diş toxumalarının qızmasını minimuma endirir və hətta həssas dişləri olan pasiyentlər üçün belə prosedurun tam rahat keçməsini təmin edir.
Uşaq stomatologiyası
Biz bilirik ki, uşaqların stomatoloqla ilk görüşü onların gələcəkdə diş həkimlərinə və diş sağlamlığına olan münasibətini müəyyən edir. Buna görə də klinikamızda balaca pasiyentlərimizin müalicəsi üçün əyləncəli və travmasız bir mühit yaratmışıq. Smile Boutiqe-dəki hər bir detal, interyerdən tutmuş oyuncaqlara, cizgi filmlərinə qədər uşaqların özlərini rahat və şən hiss etmələri üçün düşünülüb.
Klinikamızda uşaqların və körpələrin diş müalicəsi ilə məhz uşaq stomatoloqları məşğul olurlar. Stomatoloqlarımız balacaların psixologiyasını dərindən bilən və onlarla ortaq dil tapmağı bacaran peşəkarlardır. Smile Boutiqe-də uşaqların diş müalicəsi sıxıcı və qorxulu bir proses kimi deyil, əyləncəli şəkildə həyata keçirilir.
Protezləşmə
Müasir protezləşmə artıq narahat və süni görünən dişlər demək deyil. Klinikamızda qoyulan diş protezləri görünüşcə estetik və təbii görünməklə yanaşı, pasiyentlərin dişlərin sayı, diş ətinin vəziyyəti və büdcəsi nəzərə alınaraq indivudiaul seçilir. Beləliklə, pasiyentlərimiz gözəl təbəssümlə yanaşı, dişləmə və çeynəmə funksiyalarını rahatlıqla təmin edən protezlərlə təmin olunurlar.
Tətbiq etdiyimiz protezlər:
o Sabit protezlər: “Öz dişi kimi” hiss etmək istəyənlər üçün uyğun seçimdir;
o Çıxarıla bilən müasir protezlər: Çox sayda diş itirildikdə və ya daha əlçatan həll lazım olduqda istifadə olunur. Elastik və damağa tam oturan, heç bir narahatlıq yaratmayan yüngül konstruksiyalı protezlərdir;
o Tam çıxarılan protezlər: Bütün dişlər olmadıqda çənəni tam bərpa edir. Çeynəmə və estetik görünüşü geri qaytarır;
o Qismən çıxarılan protezlər: Dişlərin bir hissəsi qaldıqda istifadə olunur. Boşluqları doldurur və qalan dişləri qoruyur;
o Yumşaq və elastik protezlər (Valplast, Acry-Free): Yüngül, rahat və estetik protezlədir. Metal elementlər olmadan daha təbii görünür və çənəyə tez uyğunlaşır;
o Bügel protezlər: Metal karkaslı daha möhkəm və stabil konstruksiyalardır. Xüsusi qarmaqlarla və ya gizli kilid sistemləri ilə fiksasiya olunur;
o Körpüvari protezlər: İtirilən bir və ya bir neçə dişi bərpa edərək sabit şəkildə fiksasiya olunur və çıxarılmır;
o İmplant üzərində protezlər: Ən stabil və müasir həllərdən biridir. Çıxarıla bilən bu protezlər daha möhkəm dayanır, sürüşmür və adi çıxarılan protezlərdən daha komfortludur;
o Şərti çıxarılan və sabit protezlər: İmplantlara fiksasiya olunur və maksimum təbiilik hissi verir;
o Çənənin tam bərpası (All-on-4 / All-on-6): Bu metodla 4 və ya 6 implant üzərindən stabil, estetik və funksional protezləşmə mümkündür.
Peşəkar diş təmizlənməsi
Gündəlik fırçalama və sap istifadəsi hər zaman dişlərin tam təmizlənməsi üçün kifayət etmir. Çətin təmizlənən nahiyələrdə yığılan ərp və diş daşları zamanla diş əti xəstəliklərinə və çürüklərə yol açır. Smile Boutique-da peşəkar gigiyena proseduru ilə dişlərinizin ömrünü uzadırıq.
· Ultrasəs skaler ilə diş daşlarının təmizlənməsi: Diş minasına zərər vermədən, yüksək tezlikli səs dalğaları vasitəsilə bərkimiş diş daşlarını effektiv şəkildə kənarlaşdırırıq.
· Air-Flow: Dişlərin arasındakı və səthindəki piqmentasiyaları (çay, qəhvə və tütün ləkələrini) təzyiqli hava, su və xüsusi narın toz qarışığı ilə tamamilə təmizləyirik. Nəticədə dişlər öz təbii parlaqlığına qayıdır.
· Cilalama (Polishing) və flüorlaşdırma: Təmizlikdən sonra diş səthini xüsusi pastalarla hamarlaşdırırıq ki, ərplərin yenidən yığılması çətinləşsin. Sonda tətbiq etdiyimiz flüor-laklar isə diş minasını möhkəmləndirir və həssaslığı aradan qaldırır.
Peşəkar diş təmizlənməsi qanayan diş ətlərinin və ağız qoxusunun qarşısını almaq üçün ən effektiv üsuldur. Sağlam bir gülüş üçün ildə 2 dəfə (hər 6 aydan bir) peşəkar diş təmizliyi prosedurundan keçməyiniz məsləhətdir.
Stomatologiyada 3D Skaner
3D ağızdaxili skaner, dişlərin və diş ətinin yüksək dəqiqliklə rəqəmsal görüntüsünü yaradan cihazdır. Kiçik bir ucluq vasitəsilə ağız boşluğu analiz edilir və kompüter ekranında dişlərinizin üçölçülü modeli formalaşır. Bu model ortodontik müalicələr, qapaq (vinir, sirkon) və implantasiya planlaması üçün əvəzedilməzdir.
Niyə 3D Skaner müayinəsi?
-
Maksimum dəqiqlik: Ənənəvi ölçü materiallarında yarana biləcək xətalar sıfıra enir. Bu da hazırlanan qapaqların və ya breketlərin dişlərinizə tam oturmasını təmin edir.
-
Sürətli nəticə: Ölçülər anında laboratoriyaya rəqəmsal olaraq göndərilir, beləliklə müalicə müddətiniz qısalır.
-
Pasiyent rahatlığı: Xüsusilə "ürəkbulanma" refleksi olan pasiyentlər üçün ideal həlldir. Ağza qoyulan yapışqan materiallara ehtiyac qalmır.
-
Vizual planlama: Müalicədən əvvəl dişlərinizin gələcək formasını ekranda 3D formatda görə bilərsiniz.